A

UNEC-in Zaqatala filialında dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Ədəbiyyatımızın sönməz günəşi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, professor Orucəli Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Nizami Gəncəvi ili elan edilməsi haqqında sərəncamın əhəmiyyətindən söz açıb. Qeyd edib ki, “Nizami Gəncəvi ili” elan edilməsi azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür.

Tədbirdə iştirak edən GDU-nun professoru Mübariz Yusifov, kafedra müdiri, dosent Vüsalə Veysəlova, baş müəllim Vüsal İsgəndərzadə Nizami Gəncəvi haqqında məruzələrlə çıxış ediblər. Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğunu, nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yerini qoruyub saxladığını bildiriblər.

Sonra Zaqatala filialının direktor müavini, dosent Həqiqət Qədimova, ZİM-in rəhbəri Babək Alıyev, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, dosent Səfər Razıyev, müəllimlərdən Xəzangül Babayeva və digərlərinin çıxışları dinlənilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay