A

2021-ci ildə Clarivate Analytics şirkəti tərəfindən Essential Science Indicators™ (ESI) sisteminin göstəricilərinə əsasən, 21 elmi istiqamət üzrə 6602 ən çox istinad olunan tədqiqatçıların siyahısı hazırlanıb.

Bununla yanaşı, Nobel mükafatçıları arasında ən çox istinad olunan tədqiqatçılar da müəyyənləşdirilib. Onlar aşağıdakılardır:

1.David Julius və Ardem Patapoutian- Tibb elmləri üzrə Nobel 2021 mükafatçısı

2.David W. C. MacMillan və Benjamin List- Kimya elmi istiqaməti üzrə Nobel 2021 mükafatçısı

3.Joshua Angrist, David Card və Guido Imbens- İqtisadiyyat elmi istiqaməti üzrə Nobel 2021 mükafatçısı

Elmi istiqaməti “İqtisadiyyat və biznes” olan UNEC əməkdaşlarının istinad göstəricilərinin artırılması və xarici alimlərlə birgə əməkdaşlıq edə bilməsi məqsədilə 81 ən çox istinad olunan tədqiqatçıların siyahısı ümumilləşdirilib.

Bu tədqiqatçıların nüfuzlu elmi nəşr platformalarındakı elmi əsərləri və göstəriciləri haqqında geniş məlumat almaq üçün Web of Science və Scopus bazasına daxil olmaq lazımdır.

Nüfuzlu elmi nəşr platformasındakı müəlliflərin metrik göstəriciləri haqqında geniş məlumat əldə etmək üçün isə https://www.youtube.com/watch?v=GaOWWGMUoOw videolinkinə keçid edə bilərsiniz.

SİYAHI

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay