A

UNEC Multikulturalizm Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayevanın koordinatorluğu ilə “Qədim Qafqaz Albaniyası irsinin elmi veb səhifəsinin hazırlanması” layihəsinin icrasına başlanılıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə Qafqaz Albaniyasının tarixi, dini-mədəni abidələri, alban xristian irsi haqqında respublika və beynəlxalq əhəmiyyətli mühüm elmi nəşrlərin, arxiv sənədləri və faktoloji materialların vahid elektron bazada toplanması, Azərbaycan, ingilis, rus dillərində beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi, Qafqaz Albaniyası tarixi və mədəniyyəti ilə baglı həqiqətlərin, xüsusilə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində alban abidələrinə qarşı törədilmiş vandalizm aktlarının beynəlxalq aləmdə tanıdılması məqsədini daşıyır.

Qafqaz Albaniyasının tarixi ilə baglı bütün məlumatların yer aldığı, elektron elmi arxiv rolunu oynayacaq saytdan həm yerli, həm də beynəlxalq elmi ictimaiyyyətin, tədqiqatçıların, həmçinin orta və ali məktəb tələbələrinin, Qafqaz Albaniyasının tarixi ilə maraqlanan hər kəsin bəhrələnmək imkanı olacaq.

Üç ay davam edəcək layihə UNEC Multikulturalizm Tədqiqat Mərkəzi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə birgə elmi əməkdaşlıq çərçivəsində icra ediləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay