A

UNEC-də “Azərbaycanda milli iqtisadi sistemin formalaşması və inkişafı” mövzusuna həsr olunan konfransın “Maliyyə, bank, mühasibat və audit sisteminin inkişaf modeli” adlı bölmə iclası keçirilib.

Maliyyə və mühasibat fakültəsinin dekanı, iqtisad elmləri namizədi Hafis Hacıyevin moderatorluğu ilə keçirilən bölmə iclasında Rus iqtisad məktəbinin, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin, UNEC Biznes Məktəbinin və SABAH Mərkəzinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Maliyyə və maliyyə institutları kafedrasının müdiri professor Əvəz Ələkbərov çıxış edərək, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illərin dövlətimizin gələcəyində həlledici rol oynadığını qeyd edib.

Sonra kafedranın professoru Mübariz Bağırov “Maliyyə stabilləşdirilməsinin hədəfləri”, Mühasibat uçotu və audit kafedrasının dosenti Hənifə Cəfərli “Azərbaycan iqtisadiyyatının formalaşması və inkişafı: dünən, bu gün və sabah”, “İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti Nigar Tağıyeva “Azərbaycanın dayanıqlı inkişafında və müasir büdcə quruculuğunda Heydər Əliyevin rolu”, İqtisadiyyat və idarəetmə kafedrasının dosenti Ənvər Salahov “Azərbaycanda mühasibat uçotunun müasir aspektləri”, İqtisadiyyat və biznesin idarə edilməsi kafedrasının müəllimi Faiq Hüseynov “Milli iqtisadi sistemin inkişafı və sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasında vergi siyasətinin təsiri”, SABAH Mərkəzinin müəllimi Fəxri Məmmədov isə “Kriptovalyuta bazarında trendlər” adlı məruzələrlə çıxış ediblər.

Məruzələrdən sonra bölmə iclası müzakirələrlə davam edib, suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay