A

UNEC Kitabxana-İnformasiya Mərkəzi universitetin oxu zalları və kitabxanalarında ən çox mütaliə edilən kitabların tanıdılması və geniş ictimaiyyətə çatdırılması məqsədilə "UNEC kitabxanalarında ən çox oxunanlar" adlı yeni layihəyə start verib.

Layihə çərçivəsində UNEC-də ən çox oxunan maraqlı kitablar barədə videoçarx təqdim olunacaq. Videoçarxda tələbələr UNEC-də tədris edilən müxtəlif ixtisaslar üzrə dərslik, dərs vəsaitləri, eləcə də şəxsi inkişafla bağlı kitablar, sosial-psixoloji məzmunlu nəşrlər, yerli və dünya ədəbiyyatı nümunələri barədə məlumat verəcəklər.

Kitablarla daha yaxından tanış olmaq istəyənlər UNEC kitabxanalarına müraciət edə bilər.

 https://youtu.be/YRyfCQDikBI

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay