×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin və Analitik-İnformasiya Resursları Mərkəzinin təşkilatçılığı ilə “SPSS proqram paketində məlumat bazasının formalaşdırılması” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynova açaraq bildirib ki, müasir tədqiqat işlərinin yerinə yetirilməsində lazım olan analizləri daha tez və daha dəqiq şəkildə əldə etmək üçün SPSS proqramından istifadənin öyrənilməsi artıq günümüzün tələbinə çevrilib.

Analitik-İnformasiya Resursları Mərkəzinin rəhbəri Esmira Əhmədova təlimin əhəmiyyətindən söz açaraq bildirib ki, SPSS böyük həcmli data ilə işləyən, daha tez və daha dəqiq statistik araşdırma aparmaq istəyən hər kəsin seçimidir. Qeyd edib ki, bu təlim proqramı tezliklərin hesablanması, qrafik və siyahıların tərtib olunması kimi çox sadə hesablamalardan daha çətin sayılan logistik reqressiya, çoxdəyişənli statistika analizi, modelləşdirmə və klaster analizi kimi bir çox bilikləri özündə birləşdirən önəmli bir proqramdır.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən ona ünvanlanan suallar cavablandırılıb.

SEMINARI İZLƏYƏ BİLƏRSİNİZ

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay