A

UNEC-in Kitabxana-İnformasiya Mərkəzinə mövcud ixtisaslar üzrə türk, ingilis, rus dillərində 400-dən çox kitab daxil olub.

Dünyanın aparıcı mütəxəssislərinin müəllifi olduğu ingilis dilində 100-ə yaxın kitab nüfuzlu beynəlxalq nəşriyyatlarda çap edilib.

Nəşrlər rəqəmsal iqtisadiyyat, rəqəmsal biznes, maliyyə, marketinq, beynəlxalq ticarət qanunları, mühasibat uçotu, idarəetmə, investisiya, reklam strategiyaları, ekonometrika, insan resursları, liderlik, şəxsi inkişaf, beynəlxalq standartlar, əmək sistemləri və qanunları, dizayn, mühəndislik, mexanika, informasiya texnologiyaları, proqram təminatı, ekologiya, fizika, kimya, cəbr, qida və qidalanma, ədviyyatlar və s. mövzuları əhatə edir.

UNEC-də müvafiq sahələr üzrə təhsilalanlar, tədqiqatçı və professor-müəllim heyəti üçün həmin kitablar faydalı mənbə hesab edilir.

Kitablarla yaxından tanış olmaq istəyənlər tədris binalarında yerləşən kitabxanalara müraciət edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay