A

UNEC-in Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru professor Zahid Məmmədov Rusiyanın aparıcı ali təhsil müəssisələrindən olan Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbi tərəfindən təşkil edilən “Otuz il birlikdə” adlı Beynəlxalq Tərəfdaş Həftəsində iştirak edib.

Prof. Zahid Məmmədov səfər çərçivəsində Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin müvafiq struktur rəhbərləri ilə görüşərək, tələbə mobilliyi, ikili diplom proqramları, birgə elmi tədqiqat, professor-müəllim heyətinin ixtisasartırması barədə müzakirələr aparıb. Həmçinin prorektor İ.V.Prostikov və Dizayn məktəbinin direktorunun iştirakı ilə onlayn qaydada UNEC RİM və Dizayn məktəbinin nümayəndələrinin iştirakı ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay