A

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan BMDM-in direktoru dos. Fariz Əhmədov mərkəzin 5 illik fəaliyyəti dövründə əldə etdiyi uğurlar, görülmüş işlər, həmçinin gələcək perspektiv və hədəfləri haqqında geniş hesabatla çıxış edib.

UNEC-in rektoru professor Ədalət Muradov BMDM-in kollektivini yubiley münasibətilə təbrik edərək, uğurların qazanılmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra BMDM-də xidmətləri ilə fərqlənmiş əməkdaşlar Fəxri Fərman və təşəkkürnamələrlə təltif olunublar. Mərkəzin direktoru Fariz Əhmədov BMDM-ə göstərdiyi dəstəyə görə rektor professor Ədalət Muradova “Təşəkkür” plaketini təqdim edib.

Tədbirdə BMDM-in 5 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbir bədii hissə ilə davam etdi. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay