A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrası tərəfindən "COP 29 çərçivəsində "İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dos. Elşən Məmmədov 30 ilə yaxın bir müddət ərzində işğal altında olan Azərbaycan torpaqlarında erməni vandalları tərəfindən həyata keçirilən ekoloji terrorun fəsadlarından söz açıb.

Azərbaycan Elm və Təhsil Nazirliyi Həsən Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Samirə Abuşova isə çıxışında Azərbaycanın işğal altında olmuş torpaqlarında erməni vandalları tərəfindən törədilmiş ekoloji terrorun müxtəlif istiqamətləri barədə məlumat verib. Ekoloji terror nəticəsində ətraf mühitə dəyən ziyan, o cümlədən, flora və faunanın növlərinin məhv edilməsi, torpaqların deqradasiyası və digər fəsadların aradan qaldırılması üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb və auditoriyanı maraqlandıran suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR