A

UNEC-də “Vətən müharibəsindən sonra YAŞAT Fondunun fəaliyyətləri”  mövzusunda onlayn seminar keçirilib.

Mərkəzin tədqiqatçısı, moderator Nurhoca Akbulayev Vətən müharibəsindən söz açaraq, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi zamanı bir çox igid övladlarımızın işğalçı düşmənə qarşı həyata keçirilən əməliyyatlarda şəhid olduqlarını, sağlamlığını itirdiklərini bildirib. O, hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması məqsədilə YAŞAT fondunun yaradıldığını diqqətə çatdırıb.

UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı Ziyadxan Həsənov “YAŞAT” Fondunun fəaliyyətindən danışıb, həmin şəxslərin sosial müdafiəsi istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən söz açıb.

“YAŞAT” Fondunun baş məsləhətçisi Elvin Nəsibov fonda daxil olan vəsaitlərin Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq verdiyi maliyyə vəsaiti hesabına formalaşdığını və həmin vəsaitlərin fonda edilən müraciətlərin prioritetliyi nəzərə alınmaqla xərcləndiyini bildirib.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin təşkilatşılığı ilə keçirilən seminar facebook səhifəsi üzərindən canlı yayımlanıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay