A

Türkiyədə ezamiyyətdə olan UNEC Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları Boğaziçi və Koç universitetlərinin kitabxanasında təcrübə mübadiləsini davam etdirirlər.

Boğaziçi universitetinin kitabxanasının direktoru Zeynep Metinlə görüşdə nümayəndə heyəti kitabxananın fəaliyyəti ilə tanış olublar. Qarşılıqlı əməkdaşlıq çərçivəsində Boğaziçi universitetində istifadə edilən Sierra avtomatlaşdırılmış kataloqlaşdırma sistemi, kitabxananın elektron multimediya və audiovizual resursları, onlayn xidmətləri, yerli və beynəlxalq universitet kitabxanaları ilə elektron kitabxanalararası resurs mübadiləsi, beynəlxalq əməkdaşlıq, 24/7 rejimli kitabxana xidməti və digər layihələr barədə UNEC əməkdaşlarına ətraflı məlumat verilib.

Koç Universitetinin Suna Kıraç kitabxanasının direktoru Tuba Akbaytürk rəhbərlik etdiyi kitabxana barədə təqdimat edib. UNEC-in əməkdaşlarını kitabxananın innovativ iş üsulları, yeni xidmət növləri, elektron kolleksiyalar, yerli və xarici verilənlər bazası, beynəlxalq layihələr, kitabxananın unikal əlyazma və nadir nüsxələr fondu ilə tanış edib. Görüşdə hər iki universitet arasında gələcək əməkdaşlıq istiqamətlərində müzakirələr də aparılıb.

Təcrübəsi öyrənilən kitabxanalardan digəri isə Süleymaniyyə Əlyazma əsərlər kitabxanası olub. Burada UNEC nümayəndə heyəti unikal əlyazma əsərlərinin rəqəmsallaşdırılması, kataloqlaşdırılması, xüsusi saxlanılma qaydası və rejimi, eyni zamanda onlardan istifadə imkanlarının şərtləri və tənzimlənməsi üsulları ilə tanış olublar. Kitabxanada görkəmli Azərbaycan şairi N.Gəncəvinin və M.Füzulinin əsərlərinin nadir nüsxələri də saxlanılır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay