A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və Analitik-İnformasiya Resursları Mərkəzinin təşkilatçılığı ilə “Regional səviyyədə tərtib edilmiş xərc-buraxılış modeli ilə iqtisadi qiymətləndirmənin səmərəliliyi”  mövzusunda onlayn seminar ke­çi­ri­lib.

Seminarı giriş sözü ilə açan UNEC Analitik-İnformasiya Resursları Mərkəzinin rəhbəri Esmira Əhmədova bildirib ki, statistik məlumat bazası üçün göstəricilər sisteminin tərtib olunması, müvafiq informasiya mənbələrindən statistik məlumatların toplanması Mərkəzin əsas vəzifələrindən biridir.

Mərkəzin tədqiqatçısı Elnur Rüstəmov təqdimatla çıxış edərək, xərc-büdcə modelinin qurulmasını şərtləndirən amillərdən, regional balansın qurulma üsullarından, regional hesablar sisteminin formalaşması problemləri və imkanlarından, Gəncə-Qazax iqtisadi rayonunda məhsul, iş və xidmət istehsalının bölüşdürülməsinin sahələrarası balans göstəricilərindən danışıb.

Seminar iştirakçılar tərəfindən böyük maraqla maraqla qarşılanıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

Seminarı izləmək üçün https://fb.watch/g-2tbNjphw/ linkinə keçid edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay