A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC İdman klubunun birgə təşkilatçılığı ilə 17 noyabr Dirçəliş Gününə həsr olunmuş fakültələrarası futbol turniri keçirilib.

Yarış UNEC İdman klubunun məşqçi-müəllim heyətinin iştirakı ilə baş tutub.

Bütün fakültələrin, ümumilikdə 16 komandanın  qatıldığı turnirdə 3 komanda qalib olub.

Finalda Rus İqtisad Məktəbinin tələbələrindən ibarət “YARASA” komandası qalib olub. İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən ibarət  “AĞDƏRƏ” komandası II yerin, Maliyyə və Mühasibat fakültəsinin tələbələrindən ibarət “XUDAFƏRİN” komandası isə III yerin sahibi olub. Qalib komandanın üzvlərinə  kubok, diplom, medallar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay