A

UNEC-in Maliyyə və mühasibat fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə şahmat turniri keçirilib.

Maraqlı və həyəcanlı keçən turnirdə III kurs tələbəsi Fərid Əkbərov I yeri qazanıb. II yerin sahibi II kurs tələbəsi Kənan Rəhmanov, III yerin sahibi isə I kurs tələbəsi Vüsal Abbasov olub.

Yarışın sonunda qaliblər medal, diplomlarla təltif olunublar, həmçinin “Parlaq İmzalar” tərəfindən kitab hədiyyələri qazanıblar.

Qaliblərimizi təbrik edirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay