UNEC-in Qiyabi və əlavə təhsil mərkəzinin direktoru dosent Səbuhi Tanrıverdiyev Təhsil TV-də “Kim olacaqsan?” proqramının qonağı olub.

Səbuhi Tanrıverdiyev ixtisas seçimi etmək istəyən Avropa liseyinin şagirdlərinə iqtisadiyyat ixtisası, ixtisasın karyera imkanları, gələcək perspektivləri barədə məlumat verib, eləcə də ixtisas seçimi edərkən diqqət yetirilməli olan məqamları açıqlayıb.

O, UNEC-də İqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna daxil olan ixtisaslar, tədris imkanları, ikili diplom və mübadilə proqramları və digər yeniliklər barədə də şagirdləri məlumatlandırıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay