A

Rusiya Federasiyasının Ural Dövlət İqtisad Universiteti (UrDİU) ilə UNEC-in birgə təşkilatçılığı ilə Yekaterinburq şəhərində Gənclərin XIII Avrasiya İqtisadi Forumu keçirilir.

Azərbaycan platformasında XIII Avrasiya İqtisadi Gənclər Forumunun İqtisadçıların və Maliyyəçilərin Konqresi çərçivəsində “Ərazilərin rəqabətqabiliyyətliliyi” mövzusunda beynəlxalq müsabiqəyə elmi tədqiqat işlərini təqdim edən ölkənin müxtəlif ali təhsil müəssisələrindən olan  92 iştirakçıdan 59-u UNEC-i təmsil edir.

İştirakçılar tərəfindən tədqiqat işləri müsabiqəyə aşağıdakı istiqamətlər üzrə təqdim olunub:

  1. “Mikroiqtisadiyyat” (müəssisə və təşkilatlar arasında qarşılıqlı əlaqə səviyyəsi);
  2. “Mezoiqtisadiyyat” (regional və sektor səviyyəli institutlar);
  3. “Makroiqtisadiyyat” (dünya və milli iqtisadiyyat institutları).

https://eurasia-forum.ru/ploshadki/azerbajdzhanskaya-respublika/mezhdunarodnyj-konkurs

-nauchno-issledovatel-skih-rabot-molodyh-uchenyh-i-studentov-konkurentosposobnost-territo rij/

Müsabiqədə təmsil olunan universitetlərdən ümumilikdə 51 nəfər professor-müəllim heyəti elmi rəhbər qismində iştirak edir ki, onların 35 nəfəri UNEC Rus İqtisad Məktəbinin Tətbiqi iqtisadiyyat kafedrasının əməkdaşlarıdır.

Bundan başqa, XIII Avrasiya İqtisadi Gənclər Forumunun Strateqlər Konqresi çərçivəsində Tik-Tok stilində çağırışda iştirak etmək üçün 9 komanda formalaşdırılıb. Bu komandalar "Dövrümüzün Qəhrəmanı" mövzusunda videoçarxlarını təqdim ediblər.

Səhifəyə keçid:
https://eurasia-forum.ru/ploshadki/azerbajdzhanskaya-respublika/chellendzh-v-stile-tik-tok- geroj-nashego-vremeni/#

Hazırda Forumun superfinal mərhələsinin keçirilməsi üçün hazırlıq işləri davam edir. Hər istiqamət üzrə müsabiqənin milli finalının qalibləri və Tik-Tok istiqaməti üzrə birinci yeri qazananlar XII Avrasiya İqtisadi Gənclər Forumunun vəsaiti hesabına Ural Dövlət İqtisad Universitetində superfinalda iştirak edəcəklər.

  1.  Eyvazova Karina -UNEC, RİM
  2.  Kəbirlinskiy İmran – UNEC, RİM
  3.  Meşeryakov Vadim – UNEC, BMDM
  4.  Əlibekova Diana- Bakı Avrasiya Universiteti

Superfinalın qaliblərinin mükafatlandırılması aprelin 27-də eyni vaxtda (video keçid vasitəsilə)

Ural Dövlət İqtisadiyyat Universitetində və UNEC-də keçiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay