A

UNEC-in Rus İqtisad Məktəbinin nəzdindəki Tətbiqi iqtisadiyyat kafedrasında 28 May – Müstəqillik Gününə həsr edilən dəyirmi masa təşkil olunub.

Tədbirdə kafedra müdiri dos.Sevinc Abbasova Müstəqillik Günü tarixinin Azərbaycan dövlətçiliyində əhəmiyyətindən bəhs edib. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdiyini bildirib. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanın özünü Cümhuriyyətinin varisini elan etdiyini və suverenliyini qoruyub saxlamağı bacardığını diqqətə çatdırıb.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay