A

UNEC-in Maliyyə və mühasibat fakültəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş seminar keçirilib.

Fakültənin dekan müavini Azər Qarayev Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın tarixində silinməz izlər qoyduğunu qeyd edib.

Humanitar fənlər kafedrasının professoru Məhəbbət Paşayeva “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti” mövzusunda çıxış edib. Məhəbbət Paşayeva Xalq Cümhuriyyətinin geniş və əhatəli fəaliyyət istiqamətlərindən birinin də təhsil siyasəti ilə bağlı olmasını qeyd edib, Azərbaycan dilinin dövlət dili elan edilməsi, qısa zamanda yeni məktəblər, müəllim kurslarının açılması, ali təhsilli kadrların hazırlanması üçün azərbaycanlı gənclərin dövlət hesabına xaricdə təhsil almağa göndərilməsi ilə bağlı fəaliyyətlərdən söz açıb.

Seminarın sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay