A

Azərbaycan Biznes Keys Yarışmasının (Azerbaijan Business Case Competition 2023) final mərhələsi keçirilib.

Universitetlər arasında keçirilən və 72 komandanın qatıldığı biznes yarışmasında UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) və SABAH Mərkəzinin tələbələrindən ibarət komandalar da iştirak ediblər.

Yarışmada ISE tələbələrinin (Bahar Haqverdiyeva, İdrak Atakişili, Tural Salmanov, Turan Mənsimov) təmsil olunduğu komanda 2-ci yeri qazanıb.

UNEC SABAH Mərkəzinin tələbələri isə 3-cü yerə layiq görülüblər.

Hər il təşkil edilən yarışma tələbələrə real biznes problemlərini ilə işləməyə, maliyyə, mühasibatlıq, marketinq, texnologiya və menecment sahələri üzrə nəzəri biliklərini praktiki nümayiş etdirməyə imkan verir.

Qalib tələbələrimizi təbrik edirik, yeni-yeni uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay