A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin Məzunlar Assosiasiyasının təşkilatçılığı ilə fakültənin 2008-ci il məzunlarının 15 illik yubiley görüşü keçirilib.

Fakültənin Məzunlar Assosiasiyasının sədri, UNEC-in baş müəllimi və məzunu Zeynəb Qiyasova görüşün məqsədinin UNEC-100 İnkişaf Strategiyasına uyğun olaraq, məzunlarla universitet arasındakı əməkdaşlığı genişləndirmək və məzun şəbəkəsinin formalaşdırılması olduğunu bildirib.

Müxtəlif dövlət və özəl qurumlarda çalışan məzunlar UNEC Məzunlar Assosiasiyasının üzvlüyündə təmsil olunmaqdan məmnunluqlarını ifadə edərək, universitetlə yaxından əməkdaşlıq edəcəklərini vurğulayıblar.

Sonra məzunların tələbəlik və indiki dövründən bəhs edən videoçarxın nümayişi məzunlara duyğulu anlar yaşadıb.

Sonda UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin məzunları adından xeyriyyəçilik aksiyası çərçivəsində kimsəsiz uşaqlar evinə ianə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay