A

“BootSTART-2” altı həftəlik intensiv startap yetişdirmə proqramına qeydiyyat başlayıb.

Proqramın məqsədi gəncləri startap barədə məlumatlandıraraq, onlara komanda quruculuğu, ideyaların yaranması, bazar və rəqib araşdırması, startapların təqdimatı ilə bağlı ilkin bilik və bacarıqlar qazandırmaqdır.

Yeni ideyası, bacarığı olan tələbə və məzunlar proqrama müraciət edə bilərlər. Hər komandada bir UNEC məzunu və ya tələbə təmsil olunmalıdır. Proqram çərçivəsində komandalara minimum 3.000 manat ilkin investisiya dəstəyi və peşəkar ekspertlər tərəfindən mentor xidməti göstəriləcək. Komandalar “hosting”, “developer”, rəqəmsal alətlər və digər resurslarla, eləcə də görüş və müzakirələrin keçirilməsi üçün ofislə təmin ediləcəklər.

Həmtəsisçilərdən ən azı biri UNEC tələbəsi və ya məzunu olmalı, həmçinin ingilis dilində sərbəst danışa bilməlidir.

QEYDİYYAT

Son müraciət tarixi: 22 oktyabr, 2023-cü il.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay