A

UNEC-in Biznes və Menecmet fakültəsində I kurs tələbələri ilə görüş keçirilib. 

Görüşdə fakültənin struktur rəhbərləri və tələbə təşkilatlarının sədrləri iştirak ediblər. Fakültə dekanı dos. Mirağa Əhmədov tələbələri universitetə daxil olmaları münasibətilə təbrik edərək, təhsillərində uğurlar arzulayıb. M.Əhmədov tələbələrə universitetin infrastrukturu, tədris prosesinin təşkili, UDİD və MİNOR proqramları, startap layihələri, beynəlxalq ikili diplom proqramları və s. barədə məlumat verib. 

Tələbə təşkilatlarının sədrləri isə təmsil etdikləri təşkilatın fəaliyyəti barədə birinci kurslara məlumat veriblər, onları təşkilatlara üzv olaraq, sosial fəaliyyətlərdə fəal olmağa çağırıblar.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay