A

Sentyabrın 27-də UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM), UNEC Biznes Məktəbi, SABAH Mərkəzi, Dizayn Məktəbi, Rus İqtisad Məktəbi, İqtisadiyyat və idarəetmə, Rəqəmsal İqtisadiyyat, Maliyyə və mühasibat, Mühəndislik, Türk Dünyası İqtisad fakültələrində, Ümumi fənlərin tədrisinin təşkili departamentinin nəzdində olan kafedralarda ilk dərs saatları Anım Gününə həsr olunub.

Dərslərin ilk saatlarında tələbələrə Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində yazdığı şanlı tariximizdən söz açılıb. Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət göstərən mərd oğullarımızın igidlikləri, Azərbaycan xalqının bir yumruq kimi həmrəylik nümayiş etdirərək, düşmənə məhvedici zərbələr endirməsi barədə geniş məlumat verilib. Qəhrəman şəhidlərimizin qanı, canı bahasına başa gəlmiş bu qələbə ilə Azərbaycan xalqının misli görünməmiş şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etməsi diqqətə çatdırılıb.

Bu haqq savaşında UNEC-in şəhidlik zirvəsinə ucalmış tələbələrimiz, yüzlərlə məzunumuzun qəhrəmancasına döyüşdüyü bildirilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay