A

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi “İnklüziv peşə hazırlığı mərkəzinin təşkili və təşviqi” adlı layihəsi çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyi ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Birliyin icraçı direktoru və sözügedən layihənin rəhbəri Arif Nəcimov açıq elan edərək, ölkəmizdə inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin əhəmiyyətindən, onların fəaliyyətinin sosial sahibkarlıq modelində təşkilindən və idarə olunmasından, təklif ediləcək xidmətlər və əməkdaşlıq imkanlarından, həmçinin dövlətimizin sözügedən sahədə gördüyü işlərdən və icra olunan proqramlar-layihələr haqqında məlumat verib.

UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova tədbirdə inklüziv peşə hazırlığı mərkəzlərinin xarici ölkələrin təcrübəsindən istifadə etməyin faydalarından, həmçinin sözügedən mərkəzlərdə təlim və kurslarının təşkilinin sosial sahibkarlıq modeli əsasında qurulmasının əhəmiyyətindən və ölkəmizdə dövlət və bir neçə beynəlxalq təşkilatlar tərəfindən icra olunan peşə təhsili ilə əlaqədar layihələr haqqında məlumat verib.

UNEC İnklüziv Təhsil Mərkəzinin komandası tədbirdə fəal iştirak edərək, bu sahədə öz təcrübələrini bölüşüblər.

Sonra maarifləndirici bir neçə video təqdimatı əyani olaraq tədbir iştirakçılarına göstərilib. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay