A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Müstəqilliyin Bərpası Gününün 32-ci ildönümünə həsr olunan seminar keçirilib.

Maliyyə və mühasibat fakültəsinin dekan müavini dos.Azər Qarayev XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etdiyini, Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyin bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildiyi və əbədiliyinin təmin olunmasını diqqətə çatdırıb. 

UNEC-in “Maliyyə və audit” kafedrasının professoru, Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, Rusiya Hökuməti yanında Sankt-Peterburq Dövlət Maliyyə Universitetinin professoru Elnur Sadıqov 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün tarixinə nəzər salaraq, Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi şərəfli yoldan, Ulu Öndər Heydər Əliyevin xalqın təkid və tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və müxtəlif sahələrdə inkişafa nail olunması istiqamətində görülən işlərdən, Ümummilli Liderin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət nəticəsində dövlətimizin daha da güclənməsi, regionda lider ölkəyə çevrilməsi, ərazi bütövlüyümüzün təmin olunmasından danışıb.

Sonda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay