A

UNEC Rus İqtisad Məktəbində sentyabr-oktyabr aylarında anadan olmuş məşhur insanlara, eləcə də əlamətdar günlərə həsr olunan maarifləndirici-mədəni tədbir keçirilib.

Məşhur bəstəkar Cuzeppe Verdinin 220 illiyi çərçivəsində UNEC RİM-in məzunu, peşəkar müğənni Rauf Məmmədzadə “Riqoletto” operasından bir parça ifa edib. Oktyabr ayında 100 illik yubileyini qeyd edən dünya şöhrətli "Uolt Disney" şirkətinin qısametrajlı məşhur cizgi filmi nümayiş olunub.

Xalq şairi Məmməd Arazın 90 illiyi  münasibətilə şairin tərcümeyi-halı barədə məlumat verilib və şeirləri səsləndirilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Xəlil bəy Xasməmmədovun həyat və fəaliyyətinə də nəzər salınıb. Tələbələr oktyaby ayında şəhidlik zirvəsinə ucalan 3 nəfər UNEC məzunlarının həyat yolundan bəhs edərək, xatirələrini yad ediblər.

Tələbələr Hüseyn Cavidin qızı Turan Cavidin ədəbiyyatşünas alim olaraq yaradıcılıq fəaliyyəti, həmçinin məşhur ədib Ənvər Məmmədxanlının dramatik həyat hekayəsi ilə də tanış olublar. Azərbaycanın gözəl güşələrindən olan Ağsu rayonunun 80-illik tarixinə qısaca nəzər salınaraq, orada dünyaya gəlmiş sənətkarlarımız xatırlanıb.

Mədəni-maarifləndirici tədbirin sonunda qardaş Türkiyənin 100 illik tarixindən də bəhs olunub. RİM-in məzunu, hazırda İtaliyada təhsil alan Minayə Hüseynovanın ifasında "Çırpınırdı Qara dəniz" mahnısı ifa edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay