A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamenti və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib.

Tədbirdə dosentlər Vəfa Allahverdiyeva, Gülbənuz İsmayılzadə, Mətanət Əmrahova, baş müəllim Samirə Əhmədova və tələbələr iştirak ediblər. Müsabiqədə iştirak edən tələbələr torpaq uğrunda şəhid olan, qəhrəmanlıq göstərən igidlərə həsr olunmuş vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. 

Şeir müabiqəsi üzrə 1-ci yeri Maliyyə və mühasibat fakültəsinin tələbəsi Zeynəb Şəbiyeva, 2-ci yeri İqtisadiyyat fakültəsinin tələbəsi Turan Mirzəyev, 3-cü yeri Maliyyə və mühasibat fakültəsinin tələbəsi Nuranə Əliyeva qazanıblar. Tələbələrin hər birinə sertifikatlar və “Azərbaycan dili” kafedrasının nəşr etdirdiyi “İşgüzar yazışmalar”, “Azərbaycan dili”, “Dilimiz-varlığımız” adlı kitablar hədiyyə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay