A

2023/2024-cü tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə birinci kurs tələbələri ilə görüş keçirilib.

Görüşdə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov və fakültə əməkdaşları tələbə adını qazanmış gəncləri təbrik ediblər, onlara təhsillərində uğurlar arzulayıblar və gələcəkdə ixtisaslı mütəxəssis kimi formalaşmalarına və ölkə iqtisadiyyatına mühüm töhfələr verəcəklərinə əmin olduqlarını bildiriblər.

Görüşdə tələbələrə Universitetin və fakültənin infrastrukturu, təhsil aldıqları ixtisasların xüsusiyyətləri, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay