A

UNEC-in Rus İqtisad Məktəbində 9 noyabr- Dövlət Bayrağı Gününə həsr olunmuş açıq mühazirə keçirilib.

Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov tədbirdə  çıxış edərək, qeyd edib ki, müqəddəs rəmzlərimizdən olan bayraq xalqımızın, millətimizin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. 

A.Eyyubov həmçinin bildirib ki, bayraq namusumuzdur, qeyrətimizdir, bizi irəliyə səsləyən, gələcəyə aparan, Vətənimizin tarixini yaşadan atributdur. Bu atributa hörmətlə yanaşmalı, onu göz bəbəyi kimi qorumalı və onunla qürur duymalıyıq. O vurğulayıb ki, üçrəngli bayrağımız şərəfli bir yol keçərək bu gün müstəqil Azərbaycanın başı üzərində dalğalanır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay