A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 8 Noyabr - Zəfər Günü münasibəti ilə tədbir təşkil edilib.

Tədbir Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov və dosenti Flora Kaşıyeva çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıq və şücaətlərindən danışıblar.

Tədbirdə 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edilib. 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğu vurğulanıb.

Tədbirdə iştirak edən şəhid Mürsəl Kazımlının anası Lalə Əliyeva, şəhid Tural Məmmədovun həyat yoldaşı Yasəmən Musayeva, Vətən müharibəsi iştirakçısı Nürəddin Novruzov çıxış edərək, onlarla bağlı xatirələrini bölüşüblər, şərəfli həyat və döyüş yolundan söz açıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay