A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində sağlam həyat tərzinə həsr edilmiş seminar keçirilib.

Seminarda “İctimai innovasiya və sosial idarəetmə” kafedrasının müdiri dosent Elşən Məmmədov tələbələr qarşısında məruzə ilə çıxış edərək, qeyd edib ki, sağlam həyat tərzinin fərdin bütün imkanlardan istifadə edərək, orqanizmini daha sağlam etmək, sağlamlığı dəstəkləmək, immunitet sistemini möhkəmləndirmək üçün atdığı addımlardır. O, gənclərə zərərli vərdişlərdən qorunmağın yolları haqqında məlumat verərək, eyni zamanda, yaratdığı asılılıqdan xilas olmağın heç vaxt gec olmadığını bildirib.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay