A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Maliyyə və mühasibat fakültəsinin dekan müavini dosent Azər Qarayev Xocalı faciəsinin xalqımıza, dinc, əliyalın əhaliyə qarşı törədilmiş amansız  soyqırımı aktı olması barədə danışıb və insanlıq əleyhinə yönəldilmiş bu ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasının ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində olmasını vurğulayıb.

Daha sonra “Humanitar fənlər” kafedrasının baş müəllimi İbrahim Babayev Xocalı faciəsinin səbəbləri, nəticələri barədə geniş söz açaraq, bu faciənin Azərbaycan xalqına qarşı erməni millətçilərinin illərlə həyata keçirdikləri etnik təmizləmə, soyqırımı aktlarının davamı olduğunu qeyd edib. Ötən ilin sentyabr ayının 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Xocalı şəhərinin işğaldan azad edildiyini,  bu tarixi ədalətsizliyə birdəfəlik son qoyulduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay