A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Baker Tilly Audit Azərbaycan” şirkətinin birgə əməkdaşlığı çərçivəsində Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə “UNEC-də Baker Tilly həftəsi” adlı layihənin açılış tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev çıxışında  “Baker Tilly Audit Azərbaycan” şirkətinin təşəbbüsünə yüksək qiymət verib və layihənin “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil alan tələbələrin peşə kompetensiyalarının formalaşmasındakı rolundan bəhs edib.

“Baker Tilly Audit Azərbaycan” şirkətinin partnyoru Samir Vəliyev çıxış edərək, şirkətin uğurlu inkişaf yolu, potensial karyera imkanları barəsində ətraflı məlumat verib, təhsil və öz üzərində daim işləməyin vacibliyini vurğulayıb və faydalı tövsiyələrini tələbələrin diqqətinə çatdırıb.

Qeyd edək ki, “Baker Tilly International” şəbəkəsinin üzvü olan və Azərbaycan bazarında 16 ildən artıq uğurla fəaliyyət göstərən “Baker Tilly Audit Azərbaycan” şirkəti hazırda ölkənin mühasibatlıq, audit və maliyyə-biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınır.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay