A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində 31 Mart- Azərbaycanlıların Soyqırımına həsr edilmiş tədbir keçirilib.

Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Fakültənin dekanı dosent Elçin Eyvazov giriş sözü ilə tədbiri açaraq, qeyd edib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə silahlı erməni daşnakları azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər, belə ki, rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb.

Sonra AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov tədbirdə  qeyd edib ki, Azərbaycanlılara qarşı baş vermiş bu dəhşətli faciəyə görə, 1919 və 1920-ci ilin mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən iki dəfə ümummilli matəm günü kimi qeyd edilsə də, sonradan unudulub. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Aradan illər keçsə də, o qanlı-qadalı hadisələr unudulmayıb, xalqımızın qan yaddaşında silinməz izlər buraxıb. Tədbirin sonunda C.Bəhramov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay