A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı xüsusi dərs keçirilib.

Dərsdən öncə soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dərsi giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, 1918-ci ilin mart qırğınının Azərbaycan xalqının başına gələn ən dəhşətli hadisələrdən biri olduğunu qeyd edib və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciənin anılmasının vacibliyini vurğulayıb.

“Humanitar fənlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova çıxış edərək, Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırım və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi barədə məlumat verib, mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini söyləyib, daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirib.       C.Həsənova əsl həqiqətin Ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırıldığını və yalnız Ulu Öndərin 26 mart 1998-ci il tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini aldığını diqqətə çatdırıb.

Dərsin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay