A

UNEC-in Rus İqtisad Məktəbində narkomaniya əleyhinə təbliğat-maarifləndirmə xarakterli görüş keçirildi.

Qonaq-məruzəçi qismində uzun illər hüquq-mühafizə strukturlarında çalışmış hüquqşünas Mayis Sadıqov çıxış edərək, narkotik maddələrin və onların analoqlarının təsnifatı, insan orqanizminə təsiri, gənclərin cinayətkar ünsürlər tərəfindən bu bəlaya cəlb olunmaları barədə nümunələrdən istifadə etməklə  danışıb.

Bir sıra ölkələrdə "yüngül" narkotiklərin leqallaşması ilə bağlı sualı cavablandıran Mayis Sadıqov bu məsələnin Azərbaycan cəmiyyətində işlək olmayacağını, narkotik və narkomanlığa qarşı ən optimal mübarizənin qanunlara riayət olunması, maariflənmə və milli dəyərlərimizə əməl etmək ibarət olduğunu bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay