A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin əməkdaşları və UNEC Tarix Klubunun üzvləri Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasnın Mərkəzi Elmi Kitabxanasının nəzdində fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” fondunu ziyarət ediblər.

Fondun rəhbəri Röksanə Səfərzadə müəllim və tələbələri 50-ə yaxın müharibə iştirakçılarının fotoşəkillərindən ibarət “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı şəhid olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan guşələrlə tanış edib. Tələbələrin ən çox diqqətini çəkmiş eksponat şəhidlərimizin ailələri tərəfindən muzeyə bağışlanan şəhidlərimizin oxuduğu kitablar olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay