A

Aprel döyüşlərində şəhid olan UNEC məzunu Mahir Mirzəyevin xatirəsi anılıb.

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaş və tələbələri şəhid Mahir Mirzəyevin məzarını ziyarət ediblər.

Eyni zamanda fakültədə tələbələrə Mahir Mirzəyevin keçdiyi ömür yolu barədə ətraflı məlumat verilib.

Mahir Sabir oğlu Mirzəyev 17 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə 541 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. 2015-ci ildə UNEC-in “İqtisadiyyat və idarəetmə” fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb. Mahir Mirzəyev 2016-cı ildə, aprel hadisələrində, Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay