A

Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş UNEC-in məzunu Tural Dadaşovun anım günündə ailəsi ziyarət edilib.

UNEC-in Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov, fakültə THİK-in sədri Aqşin Quluzadə, müşaviri Röya Fərəcova Aprel döyüşlərinin Şəhid məzunu Tural Dadaşovun ailəsini ziyarət edərək,  xatirəsini anıblar.

Tural Dadaşov 1993-cü ilin 24 avqust günündə Bakı şəhərində anadan olub. Tural Dadaşov 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsini bitirib. Əsgər Tural Dadaşov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay