A

UNEC-in Karyera Mərkəzinin “Tənəffüs” layihəsinin növbəti qonağı karyera planlanması üzrə mütəxəssis Toğrul Ələkbər olub.

Toğrul Ələkbər ABŞ-da yerləşən Bowling Green State Universitetində “İşçi qüvvəsinin təhsili və inkişafı” ixtisası üzrə təhsil alıb. Hazırda kiçik və orta biznes üzrə menecment sahəsində konsultasiyalar verir.

UNEC-in tələbələri ilə görüşən qonaq onlara uğurlu karyera qurmaq istiqamətində tövsiyələr verib. Eyni zamanda doğru bilinən yanlışlar, karyera imkanları, praktik olmağın yolları, özünü dərketmə və tanıma, özünə inam, streotiplərin qırılması, iş həyatına uyğunlaşmanın yolları, xaricdə təhsilin əhəmiyyəti barədə təcrübələrini paylaşıb.

“Tənəffüs” layihəsinin məqsədi uğurlu karyera quran iş adamları ilə tələbələrin çay süfrəsi ətrafında səmimi və sərbəst görüşünə şərait yaratmaq, eyni zamanda onların uğur hekayələrini tələbələrlə paylaşmaqdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay