A

2016-cı ilin aprelində cəbhə xəttində baş verən hərbi əməliyyatlarda şəhid olan əsgərlər arasında UNEC məzunları da var.

Bu gün UNEC məzunu Aprel şəhidi Tural Dadaşovun anım günüdür.

Tural Sabir oğlu Dadaşov 24 avqust 1993-cü ildə Bakıda anadan olub. Nizami rayon 210 saylı orta məktəbi bitirib. 2011-ci ildə 472 balla UNEC-ə qəbul olunub.

2015-ci ildə UNEC-in Kommersiya fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb.

2016-cı ilin aprel hadisələrində, hərbi xidmətini başa vurmasına iki ay qalmış Tərtər rayonunda gedən döyüşlərdə şəhid olub.

Şəhidin meyiti aprelin 8-də döyüş meydanında aşkarlanıb. Bakıya gətirilərək, aprelin 9-da Suraxanı məzarlığında dəfn edilib.

Allah rəhmət eləsin!

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR