A

UNEC məzunları arasında xarici universitetlərdə doktorantura təhsili alan gənclərin  sayı ilbəil artmaqdadır.

UNEC SABAH Mərkəzinin məzunları arasında xaricdə doktorantura təhsili alanların xüsusi payı vardır. Həmin məzunların bir neçəsini təqdim edirik.

Adil Talıbov UNEC-in SABAH mərkəzində “İqtisadiyyat” ixtisası, BMDM-dən isə “Heyətin idarəedilməsi və menecment” ixtisası üzrə məzun olub. Hazırda İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda İşlətmə yönətimi ixtisası üzrə doktorantura proqramında təhsil alır.

Məhəmməd Xeyirxəbərli UNEC-in SABAH mərkəzində “İqtisadiyyat” ixtisası üzrə təhsil alıb. Hazırda Macarıctanın Seged Universitetində (University of Szeged) İqtisadiyyat və Biznesin idarəedilməsi ixtisası üzrə təqaüdlü doktorantura təhsili alır.

SABAH məzunu  Jalə Məmmədova Macarıstanın  Budapeşt Biznes Məktəbinin doktorantıdır. Sahibkarlıq və biznes üzrə doktorluq dərəcəsi üçün "Macarıstanda davamlı turizm: Kiçik və orta ölçülü müəssisələrdə rəqəmsallaşma və böhran idarəçiliyi" mövzusunda araşdırma aparır.

Bəxtiyar Qarayev SABAH mərkəzini Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə bitirib. Hazırda Türkiyənin Anadolu Universitetinin Maliyyə ixtisası üzrə doktorantıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay