A

Noyabrın 9-da Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Teymur Məcidzadənin anım günüdür.

İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış Teymur Məcidzadə Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

II Fəxri Xiyabanda dəfn olunan Teymur Məcidzadənin anım mərasimində UNEC-in İqtisadiyyat fakültəsinin dekanı dosent Elçin Eyvazov, UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, dekan müavinləri, fəal tələbələr, şəhidin dostları və hərbçi yoldaşları iştirak ediblər. Anım mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Dövlət Himni səsləndirilib. Tədbirdə şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.

Teymur Məcidzadə ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları, bu yaxınlarda isə “III dərəcəli Rəşadət ordeni” ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay