A

UNEC-in Maliyyə və mühasibat fakültəsində Bərk məişət tullantılarının  idarə edilməsi mövzusunda maarifləndirici tədbir keçirilib.

Fakültənin dekan müavini dosent Azər Qarayev tədbirdə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın Fəaliyyət Planına müvafiq olaraq keçirildiyini qeyd edib və ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması baxımından bərk məişət tullantılarının idarə edilməsinin zəruriliyindən, respublikada bu sahədə görülən işlərdən danışıb.

UNEC-in Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının dosenti İlqar Xəlilov tədbirdə  “Bərk məişət tullantılarının  idarə edilməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsinin müasir standartlara uyğun şəkildə təşkili, bərk məişət tullantılarının təkrar dövriyyəyə cəlb edilməsi imkanlarından geniş bəhs olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay