A

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş bədii yaradıcılıq gecəsi keçirilib.

Tədbirdə UNEC-in kolleclər üzrə nümayəndəsi Nuru Mikayılov, Sabunçu rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov və digər qonaqlar iştirak ediblər.

Kollecin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov tədbirdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğunu deyib, onun dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu vurğulayıb.

Sonra tələbələrin iştirakı ilə Nizami Gəncəvinin əsərlərindən səhnələr canlandırılıb. Xosrov və Fərhadın, İsgəndər və Nüşabənim dialoqları iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay