A

UNEC-in Zaqatala filialının kollektivi Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan əslən Zaqatala rayonunun Aşağı Tala kəndindən olan Valeh Bədəlovun və Üçüncü Taladan olan Şixamir Qaflanovun ailəsini və məzarını ziyarət ediblər.

UNEC-in Zaqatala filialının direktor müavini, dosent Həqiqət Qədimova və filialın müəllim və tələbə heyəti şəhidlərin ailələrinə başsağlığı verərək, onlarla fəxr etdiklərini bildiriblər. Şəhidlərimiz kimi, onların ailə üzvlərinin də hər birimiz üçün çox dəyərli olduğunu söyləyərək, belə qəhrəman övladlar böyüdən valideynlərin qarşısında baş əydiklərini deyiblər.

Sonra tələbələr şəhidlərin məzarlarını ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər, məzarları önünə gül dəstələri düzüblər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay