A

Aprelin 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2021-2022-ci tədris ilinin qış sessiyasına dair həmkarlar ittifaqı fəalı olan ali təhsil müəssisələrinin əlaçı tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib.

Sonra həmkarlar ittifaqı fəalı olan, qış imtahan sessiyasının nəticələrinə görə ali təhsil müəssisələrinin əlaçı tələbələrinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.

Təqaüd alanlar sırasında UNEC-in tələbələri də olub. Onlar Həşimov Həsən (UNEC “Maliyyə və mühasibat” fakultəsi), Cəlilov Cabbar (“Maliyyə və mühasibat” fakültəsi), Kərimov Elnur (UNEC “İqtisadiyyat” fakültəsi, Mehtili Gülxar (TUDİFAK) , Səmayə Abdullazadədir (SABAH).

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay