A

XII Avrasiya İqtisadi Gənclər Forumunun finalı başa çatıb.

Forumun nəticələrinə əsasən, Azərbaycanın onlayn platformasında 5 komandası qalib seçilib.

Forum çərçivəsində universitetlərin təmsil olunduğu 17 komandası “Milli dəyərlərin, adət-ənənələrin, doğma torpağın mədəniyyətinin inkişafı” istiqaməti üzrə “Mənim sevimli şəhərim: dünən, bu gün, sabah” mövzusunda videoçarxını təqdim edib. UNEC-in FAYLA komandasının hazırladığı videoçarx səsvermə nəticəsində birinci yeri qazanıb. İkinci yeri Bakı Avrasiya Universitetinin “Avrasiya” komandası, III yeri isə Bakı Biznes Universitetinin “Bakı: dünən, bu gün, sabah”, IV yeri UNEC-in “Mətin”, V yeri isə Milli Aviasiya Akademiyasnın “Mənim sevimli şəhərim” komandası tutub.

Finalda qalib gələn beş komanda aprelin 27-də Yekaterinburq şəhərində keçiriləcək superfinalında Azərbaycanı təmsil edəcək.

UNEC tərəfindən təşkil olunmuş forumun finalçıları sertifikatlarla təltif olunacaqlar. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay