A

UNEC-də ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı seçim turu keçirilib.

Bədii yaradıcılıq müsabiqə festivalının keçirilməsinin məqsədi gəncləri milli vətənpərvərlik ruhunda hazırlamaq, onları mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək , incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Festivalda tələbələrlə iş üzrə prorektor dos.Səadət Qəndilova, UNEC THİK sədri İlkan Əliyev və münsiflər heyəti – ATİAHİRK-nin Mədəni-kütləvi və idman işləri şöbəsinin müdiri Rüstəm Nəzirov, Azərbaycan Milli Konservatoriyasının müəllimi, xalq artisti, münsiflər heyətinin sədri Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Samir Cəfərov, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Hafis Quliyev, Təhsil Nazirliyinin baş məsləhətçisi Maral Salmanova iştirak ediblər.

Tədbirdə UNEC tələbələri şeirlər səsləndirib, musiqi ifa ediblər və rəqs nömrələri ilə çıxış ediblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay